HAQQIMIZDA

Şirkətiniz üçün xüsusi hazırlanmış, kreativ, funksional, mobil dəstəkli, təhlükəsiz və müasir veb saytlar yaradaraq hədəflədiyiniz müştəriləri sizə daha yaxın edirik.

Perfect şirkəti olaraq 2010-cu ildən bu günə kimi müştərilərin ehtiyaclarına və istəklərinə uyğun, müasir texnologiyalardan istifadə edərək saysız proyekti uğurla təhvil verdik.

250+

layihə

10+

il təcrübə

300+

müştəri

50+

texnologiya

Orijinal dizaynlı, istifadəçi dostu veb-sayt

Peşəkar şəkildə hazırlanmış, bənsərsiz dizayn edilmiş, cəlbedici və istifadəçi dostu olan veb-sayt ilə biznesinizin lideri olmağınız qaçınılmazdır. Dizayn tərəfdən düşündükdə rəqəmsal dünyanın bəzi bəxş etdiyi hazır dizaynlar və ya sadə məzmunlardan ibarət veb-saytlar da yaratmaq mümkündür. Amma belə veb-saytlarla sizin irəli addımlamağınız ya çox çətin, ya da mümkün olmayacaq. Bu səbəbdən biz veb-saytınız üçün tam sıfırdan, fərqli, orijinal veb-dizayn hazırlayırıq.

Responsive və mobil uyğunluq

Ağıllı telefonların inkişaf etməsi ilə mobil internetin aktiv istifadəçilərinin sayında 2010-cu ildən etibarən ciddi artım oldu. Bu da təbii olaraq mobildən veb-saytlara girişlərdə öz təsirini göstərdi. 2020-ci ildən etibarən isə bu nisbət desktop istifadəçilərini də keçmişdir. Buna görə də veb-saytların bütün mobil cihazlara uyğun olaraq hazırlanması vacibdir.

Veb-saytınız üçün ən yaxşısını seçin

Veb-saytda dizaynın önəmindən başqa müvafiq sektorun tələblərinə cavab verməsi də olduqca vacibdir. Bu səbəbdən veb-saytınızın infrastrukturunu yaradarkən sizdən ilkin məlumatları alırıq. Ardınca biznesiniz üçün ən uyğun veb-dizaynı hazır edib təsdiq etməyiniz üçün sizə təqdim edirik. Siz nəzərdən keçirəndən sonra lazım gələrsə bəzi düzəlişlər edirik və sonra yekun təsdiqlə saytınızın kodlaşdırılma mərhələsinə keçirik.