İsitmə, soyutma və havalandırma sistemlərinin satışı, servisi ilə məşğul olan "AZCONDGROUP MMC" müştərilərinə uyğun qiyməti və keyfiyyətli işi ilə seçilir.
Bakı şəhəri, Əlyar Əliyev küçəsi 25 ünvanında yerləşən, müasir diaqnostik avadanlıq və yeni texnika ilə təchiz edilmiş "AZCONDGROUP MMC" qısa bir zamanda inkişaf edərək böyük layihələrə imza atmışdır.
"AZCONDGROUP MMC" əsas fəaliyyət istiqaməti aşağıdakılardır:
* Kondisioner, havalandırma, qazanxana və istilik (kombi) sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması, təmiri və illik servis xidməti;
* Magistral boru xəttlərinin layihələndirilməsi və çəkilməsi;
* Su kanalizasiya sistemlərinin layihələndirilməsi, satışı və quraşdırılması;
* Laboratoriya avadanlıqlarının satışı və quraşdırılması
* Təhlükəsizlik sistemlərinin və müşahidə kameralarının satışı və quraşdırılması
Vebsayt vasitəsilə istənilən məhsulu onlayn qaydada səbətə atmaq və sifariş vermək mümkündür. Sifariş tarixçəsi bölməsində hazırki və əvvəlki sifarişləri görmək, endirimlər bölməsində isə endirimli məhsullarla tanış olmaq mümkündür. Həmçinin bir neçə məhsulu müqayisə etmək üçün "Müqayisə et" bölməsi də yerləşdirilmişdir.