Öz dövrünün ən məşhur əyləncə portallarından biri olan Joy.az maraqlı və faydalı məlumatlar, mp3, video, proqramlar və bir çox yenilikləri təqdim edir.
Vebsaytın illər öncə hazırladığımız dizaynını artıq 3-cü dəfə yenilədik və bəzi funksiyaları təkmilləşdirdik.
Vebsaytda istifadəçi kimi qeydiyyatdan keçdikdən sonra bir çox funksiyalardan istifadə etmək mümkündür. Məsələn istifadəçi özü də maraqlı məlumatlar, xəbərlər, mp3 və s. göndərə bilər, bu məlumatlar redaktorlar tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunur. Həmçinin istifadəçilər yayımlanan məlumatlara öz fikirlərini də bildirə bilirlər.
Eləcə də saytda şəxsi ismarıc funksiyası ilə istifadəçilər istər admin heyyəti ilə, istərsə də öz aralarında əlaqə saxlaya bilirlər.
Vebsaytda virtual pul anlayışı da vardır ki, bəzi keçirilən yarışmalarda qalib olmaqla və ya digər təyin olunan əməliyyatlarla qazanmaq mümkündür. Daha sonra bu virtual pulla öz yaxın dostlarına virtual hədiyyələr göndərmək mümkündür.
İstifadəçilər saytda göstərdikləri aktivliklərə görə müəyyən statuslar (Aktiv, VIP, VDP, Bronze, Silver, Gold və s.) qazanırlar, bu statusların da özünəməxsus özəllikləri olur, məsələn yazdığın rəyi silmək, rəylərə imza yerləşdirmək, profil şəklini daha böyük ölçüdə qoymaq və s.
Vebsaytda "Ən bəyənilən", "Ən çox baxılan", "Ən çox rəy yazılan" və Admindən seçmələr adlı xəbərlər paneli vardır. Top 10 müəlliflər panelində isə ay ərzində ən çox xəbər göndərən aktiv istifadəçiləri görmək olar. Həmçinin saytın aşağı hissəsində ay ərzində çox oxunan xəbərləri də görmək mümkündür. Yeni dizaynda loqo da dəyişdirildi.
Joy.az əyləncə portalının əlavə bir neçə qolları (film.joy.az, oyun.joy.az, woman.joy.az) da vardır.