Gündəlik ölkə və dünyada baş verən hadisələrin, xəbərlərin operativ şəkildə çatdırılmasını təmin edən "Bakupost" irəlidə gedən xəbər agentliklərindən biridir.
Veb-saytda ölkə, siyasət, iqtisadiyyat və s. olmaqla bir çox bölmələrdən xəbərlər təqdim olunur. Ana səhifədə ən başda böyük manşetdə günün ən mühüm xəbərləri yayımlanır. Manşetin üstündə isə redaktor seçimi olan xəbərlər göstərilir. Ana səhifədə hər bölməyə aid son bir neçə xəbəri asanlıqla oxumaq mümkündür. Həmçinin Foto və Video bölməsi aktual mövzuda olan şəkil, videolara baxmaq üçün nəzərdə tutulmuşdur. Sağ blokda olan xəbər lentində də günün ən son xəbərləri göstərilir.
Yeni hazırladığımız dizaynda istifadəçilərin xəbərləri rahat, qarışıqlıq olmadan oxuması nəzərdə tutulmuşdur. Veb-sayt responsive olaraq hazırlanmışdır, yəni bütün mobil cihazlara avtomatik olaraq adaptasiya olur.