Ölkənin ən geniş miqyaslı mədəniyyət portalı olan Artkaspi.az-da mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə, o cümlədən ədəbiyyatla bağlı materiallar yer alır.
Veb-saytda ana səhifədəki manşetdə seçilmiş 5 xəbər nümayiş olunur, onun üzərində isə redaktor seçimi olan xəbərlər göstərilir. Sağ tərəfdəki Düşüncə bölməsinə aid olan blokda isə öndə gedən qələm sahiblərinin məqalələri dərc olunur. Həmçinin ana səhifədə bölmələrə uyğun olaraq xəbərlər göstərilir, sağ blokdakı xəbər lentində də günün ən son xəbərlərini izləmək mümkündür.
Veb-saytda fotolar və videolar bölməsi ilə yanaşı, elektron kitablar bölməsi də vardır ki, burda xeyli sayda Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, mədəniyyət və incəsənət, uşaq ədəbiyyatı, ensiklopediyalar və s. aid kitabları asanlıqla əldə etmək olar.
Bütün mobil qurğulara asanlıqla adaptasiya ola bilən bu veb-sayt olduqca sürətlidir.