Tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Generalpro bazarda həm keyfiyyətli, həm də münasib qiymətə məhsullar təklif edir.
Şirkət üçün yaratdığımız vebsaytda şirkət haqqında ətraflı məlumat, ünvan, telefon nömrəsi və s. yerləşdirilmişdir. Eləcə də xidmətlər bölməsində satışda olan məhsullar nümayiş etdirilmişdir. Həmin məhsulları qalereya şəklində böyüdüb yaxından izləmək də mümkündür.
Əlaqə bölməsindən isə, sualları, təklifləri və ya iradları bildirmək mümkündür. Sifarişə əsasən sayt ingilis dilində hazırlanmışdır. Veb-sayt mobil cihazlara asanlıqla adaptasiya ola bilir.