Icmal.az

Icmal.az internet xəbər portalı 2014-cü ilin aprel ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Gündəlik xəbərlər saytı
  • Təhvil verilmə vaxtı:
    Avqust 2017
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan, ingilis, rus

Icmal.az internet xəbər portalı 2014-cü ilin aprel ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

 

XEBER1MMC nəzdində fəaliyyət göstərən icmal.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

 

Icmal.az informasiya portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.