Icra.az

Ölkənin ən böyük internet medialarından biri olan Icra.az öz fəaliyyətində obyektivlik və operativlik prinsiplərini əsas götürür.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Xəbər portalı saytı
  • Təhvil verilmə vaxtı:
    Oktyabr 2017
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan

Ölkənin ən böyük internet medialarından biri olan Icra.az öz fəaliyyətində obyektivlik və operativlik prinsiplərini əsas götürür.

Icra.az 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Sayt xəbər portalı olaraq fəaliyyət göstərir. Burada xəbərlərlə yanaşı geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır. Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

 

Portal özündə bir neçə bölməni birləşdirir.

Siyasət: bu bölmədə dövlət başçısı tərəfindən imzalanan sərəncamlar, fərmanlar, verilən qərarlar,  həmçinin, keçirilən görüşlər, bir sözlə bütün rəsmi xəbərlər yer alır.

Dünya: bu bölmədə dünyada baş verən hadisələr, siyasi proseslər haqda operativ xəbər və şərhlər yer alır.

Mədəniyyət: Bu bölmə ölkəmizin ictimai-mədəniyyət xadimləri haqqında, mədəni və turizm nailiyyətləri haqqında məlumatlar yayımlayır.

İdman: bu bölmədə həm yerli, həm də dünya futbol çempionatlarının son xəbərlərini, həmçinin, futbol haqda ən maraqlı və yerli oxucuların tapmaqda çətinlik çəkdiyi məlumatlar, eləcə də idmanın digər növləri haqda son məlumatlar yayımlanır.

Ölkə: bu bölmə ölkədə baş verən ən maraqlı və obyekti xəbərləri oxucularına təqdim edir.

Maqazin: Ölkə və dünya şou-biznesi haqqında maraqlı məlumatlar dərc edilir.