Househub.az

Househub.az portalı Harmony şirkətlər qrupunun bir hissəsidir. Harmony Group - 16 şirkəti özündə birləşdirən bir holdinqdir və 7 ildən artıqdır ki, fəaliyyət göstərir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    İnteryer, eksteryer və landşaft dizaynı, mağaza
  • Təhvil verilmə vaxtı:
    Dekabr 2017
  • Mobil vəziyyət:
    Yoxdur
  • Vebsaytın dili
    Azərbaycan, ingilis, rus

Househub.az portalı Harmony şirkətlər qrupunun bir hissəsidir. Harmony Group - 16 şirkəti özündə birləşdirən bir holdinqdir və 7 ildən artıqdır ki, fəaliyyət göstərir.

 

Househub interyer, eksteryer və landşaft dizaynına aid bütün detalları özündə cəmləşdirərək, mağazalarla müştəriləri və bu sahədə çalışan peşəkarları bir arada birləşdirən onlayn platformadır. Müştərilər bu platformadan istifadə edərək evin fərqli otaqlarına və eksteryerinə aid çeşidli dizayn nümunələri ilə tanış ola, mağazaların təklif etdiyi müxtəlif növ mebel və ev əşyalarını seçib sifariş edə bilərlər.

 

Peşəkarlar və mağazalar isə, öz növbəsində, dizaynlarını və məhsullarını nümayiş etdirib daha geniş alıcı kütləsinə çata bilərlər.

 

Veb-sayt 3 dildə fəaliyyət göstərir. Veb-saytda rahat qeydiyyat, ətraflı axtarış, alış-satış üçün səbət sistemi yaradılmışdır.