Qadinlar.biz

Qadınların həm öyrənəcəyi, həm də əylənəcəyi portal istifadəyə verildi, artıq Qadinlar.biz onlar üçün ən gözəl və ən uyğun məkandır.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Qadın portalı
  • Təhvil verilmə vaxtı:
    Dekabr 2013
  • Mobil vəziyyət:
    Yoxdur
  • Vebsaytın dili
    Azərbaycan

Qadınların həm öyrənəcəyi, həm də əylənəcəyi portal istifadəyə verildi, artıq Qadinlar.biz onlar üçün ən gözəl və ən uyğun məkandır.

Bu vebsaytda qadınlar dəbi yaxından izləyə biləcək, sağlamlıq haqqında yeni məlumatlar öyənəcək, gözəl olmağın və mətbəxdə dadlı yeməklər bişirməyin sirrlərinə yaxından bələd olacaqlar. Həm də onlar qadın kişi münasibətlərinin incəliklərini müzakirə edəcək və qadınlar dünyası haqqında ən son xəbərləri oxuyacaqlar. Təbii ki, bürcləri və falı sevən qadınlar üçün də ayrıca bölmə var.

Saytda istifadəçi kimi qeydiyyatdan keçən xanımlar rəy yazmaq, saytda yayımlanması üçün maraqlı məlumat göndərmək, sevilən məqalələri ayrıca favorit siyahıya əlavə etmək, bir-birilərinə şəxsi ismarıc göndərmək və digər imkanlara malik olacaqlar. Saytda aktiv olan xanımlar "aktiv, "vip", "lady", "fashion", "super", "glamour" və s. statuslar qazanırlar, bu statuslarla da onlar bəzi əlavə imtiyazlar əldə edirlər, məsələn daha böyük profil şəkli yükləmək, rəy silmək, rəylərdə imza yerləşdirmək, imza daxilində şəkil yerləşdirmək və s.

Vebsaytda qadınlar üçün əlavə söhbət otağı da yaradılıb. Eləcə də həkim kollektivinə problemləri barədə suallar verərək cavab ala bilərlər. Vebsaytdakı onlayn funksiyası ilə hansı istifadəçinin hazırda vebsaytda olduğunu görmək də mümkündür. 

Xanımlar bir-birilərinə virtual manat ilə aldıqları virtual hədiyyələri də göndərə bilirlər, hətta onların dost siyahısı da var. 

Vebsaytdakı oyunlar bölməsinə daxil olaraq sevdikləri maraqlı oyunları da oynaya bilərlər. Bunlardan başqa "İdeal çəki hesablama", "Günün şans kartı" kimi panellər də onların istifadəsinə verilib.