Bookcollector.az

Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı və satışı olan Respublika Kitabxana Kollektoru Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən qurumlardan biridir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Kitabxana və kitab kataloqu
  • Təhvil verilmə vaxtı:
    İyun 2018
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan

Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı və satışı olan  Respublika Kitabxana Kollektoru Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən qurumlardan biridir.

Müəssisə yarandığı gündən  resbublika kitabxanaları arasında kitabın yayımının təşkili işində   müstəsna əhəmiyyətə malikdir. Respublika Kitabxana Kollektoru 1920-ci  ildən fəaliyyət göstərir. 100 yaşı gələn ilin  iyununda tamamlanacaq Kollektor kitabın təbliği sahəsində uzun bir  yol keçib. Yarandığı  vaxtlarda Kitabxana Kollektoru  Xalq  Maarif  Komissarlığının nəzdində  fəaliyyət göstərməyə başlayıb. İlk vaxtlarda Kollektorun  əsas  vəzifəsi  müxtəlif  mağazalardan, təşkilatlardan, şəxslərdən  kitablar  alıb  kitabxanalar  arasında  bölüşdürmək idi. Kollektorun Azərbaycan, rus və xarici dillər şöbəsi var idi.

 

Kollektorun yeni yaradılan   "bookcollector.az” saytı və  "Bizim kitab” adlı  ədəbi-biblioqrafik jurnalı oxucu tələbatını ödəmək üçün atılmış yeni bir addımdır. Saytın müxtəlif bölmələrində oxucular onlara lazım olan məlumatları rahat tapa və mütaliə edə bilərlər. Saytın yaradılmasında məqsəd Mədəniyyət Nazirliyinin, eləcə də Respublika Kitabxana Kollektorunun kitab və  nəşr siyasəti ilə oxucuları məlumatlandırmaq, ölkəmizdə kitabsevərlərin marağını təmin etmək, mütaliəyə olan marağı daha da artırmaq, ən əsası dövlətin və dövlətçiliyin inkişafına xidmət edən, töhfələr verən nəşrləri və müəllifləri təbliğ etməkdir.

Mədəniyyət Nazirliyinin kitabları, nəşr layihələri, ümumilikdə kitab siyasəti ilə bağlı hər cür yenilikləri bu sayt vasitəsi ilə oxucular izləyə biləcəklər. Adıçəkilən sayt eyni zamanda, kitabxanalarla Kitabxana Kollektoru arasında elektron əlaqələrin, yaradıcı, işgüzar münasibətlərin qurulmasında da gərəkli işlər görəcək.