Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Veb-sayt 2018-ci ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Ana səhifədə seçilmiş xüsusi video xəbərlər ən üstdə gözə çarpacaq dərəcədə nümayiş etdirilir. Daha sonra isə hər bölməyə uyğun bir neçə videonu görmək mümkündür.
Sağ blokda isə ən çox izlənilən videolar göstərilir. Video xəbərə daxil olduqda isə videonu dərhal izləmək, paylaşmaq, rəy yazmaq, əvvəlki və növbəti videolara dərhal keçid mümkündür.
Baku.tv kanalı üçün xüsusi player də hazırlanmışdır ki, bu da videoların daha sürətli açılmasına kömək edir. Axtarış bölməsi ilə veb-saytda olan videoları rahat axtarmaq mümkündür.