Yarpaq.az

Ədəbiyyat və sənət portalı yarpaq.az yazıçıların və oxucuların toplandığı bir məkandır, yəni intellektual auditoriyaya xitab edən, özəl hədəf kütləsi olan veb-saytdır.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Ədəbiyyat və sənət portalı
  • Təhvil verilmə vaxtı:
    Yanvar 2020
  • Mobil vəziyyət:
    Əlavə mobil dizayn
  • Vebsaytın dili
    Azərbaycan

Ədəbiyyat və sənət portalı yarpaq.az yazıçıların və oxucuların toplandığı bir məkandır, yəni intellektual auditoriyaya xitab edən, özəl hədəf kütləsi olan veb-saytdır.

 

2007-2016-cı illərdə fəaliyyət göstərən Kultaz.com portalının varisidir, 2018-ci il 12 noyabr tarixində yenidən brendinq edərək, oxucuların görüşünə gəlib. Yarpaq.Az-ı çoxluq deyil, çoxluqda ictimai rəyi formalaşdıran seçilmişlər oxuyur.

Azərbaycan mədəniyyətinin, ədəbiyyatınının təbliği və inkişafı məqsədi ilə yaradılan Yarpaq.az biznes layihəsi deyil və yalnız daxili imkanlar hesabına saxlanılır.

 

Veb-saytda həm xəbərlər, həm də ədəbiyyat, tribuna, fəlsəfə, sənət, teatr, kino, musiqi, tv bölmələri üzrə yazılar dərc edilir. Buradakı bölmələrin bir çoxu da alt bölmələrə bölünür. Köşə yazarları bölməsində isə bir çox seçilmiş yazarların məqalələrini oxumaq mümkündür.

 

Həmçinin veb-saytda yeni kitablar da nümayiş olunur. Eləcə də, yarpaq.az-da kitab satışı və çatdırılması xidməti də fəaliyyət göstərir.