Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının, ədalətli və şəffaf seçkilərin keçirilməsinin dəstəkləyən təşkilatdır. Bu təşkilat bir qrup ictimai fəal tərəfindən 2013-cü ildə yaradılmışdır.
Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik cəmiyyətin formalaşdırılmasında mühüm rol oynayan təsisatların inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsi, yerli özünü idarəetmənin təkmilləşməsi, ölkənin sosial-iqtisadi və humanitar inkişafına və insan huquqları və ifadə azadlığının təmininə töhfə verilməsi, habelə bütün sahələrdə şəffaflığın bərqərar olması, problemlərin həllində gənclərin və qadınların rolunun artırılması, konfliktlərin dinc yolla həlli istiqamətində sülh və barışın qorunması və cəmiyyətin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.
Təşkilat 7 nəfərlik İdarə Heyəti tərəfindən idarə olunur. Qısa müddət əvvəl yaranmasına baxmayaraq, menecer və üzvlərin geniş təcrübəsi var. IDI-nin 17 nəfərlik yaxşı təlim keçmiş və peşəkar heyəti var. Şəbəkimizin Bakı və regionlardan olan yüzlərlə iştirakçıları var. Bundan başqa, IDI üzvləri təlimçi olaraq da müxtəlif hüquqi maarifləndirmə işi aparır.
Əlavə olaraq, IDI insan hüquqları ilə bağlı maarifləndirmənin aparılması üçün "Güləhmədin Macəraları" adlı animasiya seriyaları yaratmışdır.