Ən dadlı yemək reseptləri toplandı və hər kəs üçün əlçatan oldu, artıq Dadli.az ilə yeməklər, şirniyyatlar daha çox çeşiddə və daha ləziz olacaq.
Çox sayda resept bazası olan bu vebsaytda istər yemək, istər şirniyyat, istərsə də içki reseptləri çox asan tapılır. Yemək bişirməyi və zamanının çoxunu mətbəxdə keçirməyi sevənlər üçün ən gözəl seçim olan Dadli.az-da istifadəçi kimi qeydiyyatdan keçdikdə bu reseptlərə rəy yaza bilər, digər istifadəçilərə şəxsi ismarıc yaza bilər, sevdiyiniz reseptləri daha sonra tez tapa bilmək üçün "dəftər"inizə əlavə edə bilərsiniz.
Nəinki şəkilli, yazılı reseptlər, hətta video reseptlər də mövcuddur. Azərbaycan mətbəxi ilə yanaşı, türk, rus, avropa və digər mətbəxə aid olan reseptlər kifayət qədər çoxdur.
Həmçinin vebsaytda məhsullara görə, bölgələrə görə, reseptin neçə nəfərlik olmasına və hazırlanma müddətinə görə axtarış (filtr) sistemi mövcuddur.
Hazırladığımız bu vebsayt Milli İnternet Mükafatının (Milli Net) keçirdiyi müsabiqələrdə öz nominasiyasında 2014-cü ildə 3-cü yerə, 2015-ci ildə isə 1-ci yerə layiq görülmüşdür.