Azadinform İnformasiya Agentliyi 1999-cu ilin yanvarın 10-dan fəaliyyət göstərir, burada xəbərləri Azərbaycan, ingilis və rus dillərində oxumaq mümkündür.
İnformasiya Agentliyinin yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Azadinform İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm rus, həm də ingilis dillərində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.
İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.
Veb-sayt responsive olaraq bütün ekran ölçülərə uyğun adaptasiya olunur və olduqca sürətli işləyir.