Multikultural Azərbaycan (multikultural.az) internet resursu mədəni müxtəlifliyin təbliği ilə bağlı bir neçə istiqamətdə fəaliyyət göstərir.
Multikultural Azərbaycan (multikultural.az) internet resursu "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və Multikultural Azərbaycan internet səhifəsinin yaradılması" layihəsi əsasında hazırlanıb.
Layihə çərçivəsində həmçinin milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrəniləcək. Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılacaq və saytda yerləşdiriləcək. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılacaq, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrəniləcək.
Multikultural Azərbaycan internet resursu Azərbaycan, ingilis və rus dillərindədir. Veb-saytda Multikultural nəşrlər bölməsində elektron kitablar da yerləşdirilmişdir ki, bu kitabları həm oxumaq, həm də yükləmək mümkündür.