Baku.tv (2)

Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Video portalı saytı
  • Təhvil verilmə vaxtı:
    Noyabr 2019
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan

Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Veb-sayt 2018-ci ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Dizaynı il yarım müddətdən sonra ikinci dəfə yenilədik. Əvvəlkindən fərqli olaraq qara fonda qara rəngə üstünlük verildi.

 

Ana səhifədə ən üstdə canlı yayım playeri-i yerləşdirildi, beləcə veb-sayta daxil olarkən birbaşa canlı yayımı izləmək mümkün olacaq. Ardınca isə saatın xəbərləri və mobil reportyor bölmələrindən videolar təqdim olunur. Ondan sonrakı blokda isə xüsusi seçilən videolar, növbəti blokda isə bütün videolar nəzərə çarpır. Bütün videoları isə tarixə, baxışa və məsləhət görünən vəziyyətə uyğun sıralamaq mümkündür. 

 

Video xəbərə daxil olduqda isə videonu dərhal izləmək, paylaşmaq, rəy yazmaq, digər videolara baxmaq mümkündür. Sağ blokda isə ən çox izlənilən videolar nümayiş olunur. 

 

Baku.tv kanalı üçün xüsusi player də hazırlanmışdır ki, bu da videoların daha sürətli açılmasına kömək edir. Axtarış bölməsi ilə veb-saytda olan videoları rahat axtarmaq mümkündür.