Woman.joy.az

Xanımlar üçün yeni bir dünya yaratdıq, onların sevəcəyi və xoş zaman keçirəcəyi Woman.joy.az olduqca maraqlı və rəngarəngdir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Qadın portalı
  • Təhvil verilmə vaxtı:
    İyun 2013
  • Mobil vəziyyət:
    Yoxdur
  • Vebsaytın dili
    Azərbaycan

Xanımlar üçün yeni bir dünya yaratdıq, onların sevəcəyi və xoş zaman keçirəcəyi Woman.joy.az olduqca maraqlı və rəngarəngdir.

Qadınlar üçün maraqlı və faydalı olan nə varsa bu vebsaytda təqdim olunur. Dəb, gözəllik, sağlamlıq, münasibətlər, bürclər, həyat tərzi və s. kateqoriyalarda istənilən məlumatları rahatlıqla əldə etmək mümkündür. Hətta ana statusu qazanmış xanımlar da özləri və körpələrinə qulluq barədə faydalı məlumatları oxuya bilərlər.

Vebsaytda istifadəçi kimi qeydiyyatdan keçdikdə rəy yazmaq, digər istifadəçilərə şəxsi ismarıc göndərmək, vebsayta yayımlanması üçün məlumatlar göndərmək və s. mümkündür. İstifadəçilər zamanla aktivliyə görə "aktiv", "vip" və s. statuslar qazanırlar, həmin statuslara müvafiq olaraq da bəzi imtiyazlara - daha böyük profil şəkli yerləşdirmək, imza yerləşdirmək, imzaya şəkil yerləşdirmək, rəy silmək və s. malik olurlar.

Vebsaytdakı "Top 5 müəllif" və "Top 5 şərhçi" bölməsində həftə ərzində olan ən aktiv istifadəçiləri görmək mümkündür. Bundan başqa vebsaytın ümumi statistikasında vebsayt yarandığı gündən etibarən xəbər sayına görə top 10 istifadəçiləri görmək olar.