Azxeber.com(2)

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Gündəlik xəbər portalı
  • Təhvil verilmə vaxtı:
    Mart 2020
  • Mobil vəziyyət:
    Əlavə mobil dizayn
  • Vebsaytın dili
    Azərbaycan

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

 

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur. 

 

Veb-saytın dizaynını illər sonra ikinci dəfə yenilədik, digər xəbər saytlarından fərqli olaraq bu dəfə bir çox sosial şəbəkələrdə istifadə olunan "story" özəlliyini də əlavə etdik. Beləcə hər bölmə üzrə xəbərləri "story" şəklində izləmək də mümkün olacaq. 

 

Ana səhifədə ən aşağıya isə fotosessiya, video və ən çox oxunanlar bloku yerləşdirildi.