SmartBee - Azərbaycanda yaradılmış rəqəmsal mediada reklamları idarə etmək üçün vahid proqrammatik platformadır və ən geniş sayt şəbəkəsinə malikdir.
Azərbaycanda ən geniş targetinq imkanları verən yerli platforma yaratmışıq. Mövzular, cihazlar, cins, yaş, həftənin günləri və s. hədəfləmə imkanlarını təqdim edirik. Və əlbəttə ki, bizim fəxr etdiyimiz açar-kəlmələr üzrə reklam imkanı: sizin reklamınız yalnız kontentində açar kəlmələr uyğun gəldikdə görünür.
Sistemin reporting (hesabat) hissəsi istifadə üçün asandır. Biz daim UX/UI təkmilləşdirir və onu sizin üçün daha rahat edirik.
40-dan çox beynəlxalq və yerli reklamverən SmartBee-ni Azərbaycanda əsas auditoriya yaradan və traffik gətirən veb-mənbə kimi istifadə edir.
Azərbaycanda həm beynəlxalq, həm də yerli şirkətlər öz məhsul və xidmətlərini tanıtmaq üçün SmartBee platformasını seçir. FMCG, telekommunikasiya, əczaçılıq, riteyl, turizm və s. sektorlardan olan müştərilər həm video-reklam, həm də veb-bannerləri sərfəli və effektiv yerləşdirmək üçün bizimlə uzun müddətdir ki, əməkdaşlıq edir.
Azərbaycanın əsas yayınçıları ilə uzunmüddətli əməkdaşlıq edirik. Böyük media holdinqlərdən tutmuş kiçik kulinariya bloquna qədər çox saytlar bizimlə yaxından işləyir.