Mytel.az

Mytel.az platforması Azərbaycanın ilk mobil telefonlar alqı-satqı portalıdır. Bu portalı yaratmaqda məqsədimiz istifadəçilərin tam rahatlığını təmin etməkdir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Mobil telefonların satışı
  • Təhvil verilmə vaxtı:
    Yanvar 2020
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan

Mytel.az platforması Azərbaycanın ilk mobil telefonlar alqı-satqı portalıdır. Bu portalı yaratmaqda məqsədimiz istifadəçilərin tam rahatlığını təmin etməkdir.

 

Bu portalda siz istənilən mobil telefon  ala və ya sata bilərsiniz. Əsas məqsədimiz telefona aid bütün elanların bir portalda cəmləşdirməkdir.

Hər bir kəs saytdan istifadə etməklə telefon, aksesuar, ehtiyyat hissələrini ala və ya sata bilər. Bunun üçün heç bir ödəniş tələb olunmur.

 

Mytel.az-da əsasən fərdi elan yerləşdirilir, lakin sayt şirkət və fərdi sahibkarlar üçün də uyğundur, buna görə təkcə işlənmiş deyil, eləcə də yeni məhsulları əldə etmək və satmaq mümkündr.

 

Veb-saytda elanları qonaq kimi və ya qeydiyyatdan keçərək yerləşdirmək mümkündür. Qeydiyyatdan keçdikdə sizin öz hesabınız olur ki, burada xüsusi bəyəndiyiniz elanları ayrıca seçilmişlər bölməsinə əlavə edə bilər, eləcə də aktiv, vaxtı bitmiş və ya gözləmədə olan elanlarınızı görə bilərsiniz. 

 

Elana daxil olduqca, məhsulun şəklini və ya şəkillərini qalereya şəklində izləyə bilər, markasını, vəziyyətini, hansı şəhərdə olmasını və telefon haqqında ətraflı məlumatı, elanın yerləşdirilmə vaxtını və ya elana baxış sayını görə bilərsiniz. Eləcə də satıcının telefon nömrəsini əldə etmək, elanı seçilmişlərə əlavə etmək və ya sosial şəbəkələrdə paylaşmaq mümkündür.