Hörmətli idmansevərlər!
Sizi Bakusport.az saytında salamlamaqdan böyük məmnunluq hissi duyuruq! Tam güclə fəaliyyətə başlayaraq sizə ən son idman xəbərlərini çatdırmağı hədəfləyirik.
Saytımızın təqdimat gününün 22 iyul tarixində edilməsi təsadüfi deyil. 145 il əvvəl məhz bu gün Azərbaycanda mətbuatın əsası qoyulub. Həsən bəy Zərdabinin çap etməyə başladığı "Əkinçi" qəzetindən illər sonra ölkəmizdə jurnalistika sahəsi böyük inkişaf mərhələsi keçib və hazırda çoxlu sayda kütləvi informasiya vasitələri insanları xəbərlərlə təmin edir.
Buna görə biz də qələm ustaları üçün əziz olan bu gündə saytımızın istifadəyə verilməsini qərara aldıq. Öncədən deməliyik ki, “Bakusport.az” saytında əsas diqqət ölkə idmanına yönəldiləcək. Amma xarici yarışları izləyənləri də unutmamışıq. Futbol, basketbol, tennis, voleybol, güləş, formula 1 habelə şahmat, gimnastika, karate, cüdo və daha neçə-neçə növə dair beynəlxalq xəbərlər sizə çatdırılacaq.
Onu da əlavə etməliyik ki, zaman-zaman saytımızda eksklüziv müsahibələr də yer alacaq. Buna görə də diqqətiniz bizdə olsun!