Mould-plast.com

"Mould Plast KO" MMC istehsal, qablaşma, plastik, məişət əşyaları, istehsal konsaltinqi və s. sahələrdə öz peşəkar xidmətini göstərən şirkətdir.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Plastik məhsullar istehsalı
  • Təhvil verilmə vaxtı:
    İyun 2020
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan, ingilis, rus

"Mould Plast EKO" istehsal müəssisəsi  "Kaspian Ekspres KO" şirkətinin nəzdində yaradılıb və geniş çeşiddə - qablaşma, məişət əşyaları, sənaye ləvazimatları və avtomobil filtirləri, plastik məhsullar istehsal edir. Həmçinin plastik məhsullar da daxil olmaqla, şüşə qablar üçün qəliblərin istehsalı, sənaye detallarının hazırlanması da birbaşa müəssisə daxilində həyata keçirilir.

Plastik istehsalı və qəlibçilik sahəsini bir dam altında birləşdirməklə bir-biri ilə sıx bağları olan bu istehsal növlərinin birgə inkişafını stimullaşdırmaq əsas məqsədlərimizdəndir. Əlimizdə olan avadanlıqlar müştəri və bazar tələbinə uyğun istənilən plastik məhsulu istehsal etməyə imkan verir. Belə ki, həm plastik, həm də digər xammallardan əldə edilən məhsullar üçün qəliblər istehsal edir və yerində test edərək sifarişçiyə təhvil veririk.

 

Müəssisəmiz yalnız qəlib istehsalı deyil, eyni zamanda təmirə ehtiyacı olan qəlibləri qəbul edir, istehsalda və sənayedə lazım olan bir çox detalları yenidən dizayn edə, hazırlaya bilir. Bizim ilk məqsədimiz məhsullarımızla ölkə daxili bazarı təmin etmək və xidmətlərimizlə Azərbaycan bazarında şirkətin tutduğu mövqeni daha da möhkəmləndirməkdir. Bununla yanaşı, məhsullarımızın dünya bazarında satışının təmin edilməsi məqsədilə danışıqlara başlanılıb. Kiçik bir müəssisə olmasına baxmayaraq, rəhbərlik başda olmaqla "Mould-Plast Eko" şirkəti Azərbaycanın qeyri-neft sahəfində ixracat payının artırılması üçün peşəkar komanda ilə gecə-gündüz çalışır.

 

Veb-saytda şirkət haqqında məlumatlar, məhsullar, qalereya və s. yerləşdirilmişdir.