Saqlamheyat.az

Saqlamheyat.az tibbi məlumat portalını sizlər - öz sağlamlığına biganə olmayan, yaxınları, əzizləri və uşaqlarının qayğısına qalan insanlar üçün yaratdıq.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Sağlamlıq portalı
  • Təhvil verilmə vaxtı:
    Fevral 2020
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan, rus

Saqlamheyat.az tibbi məlumat portalına xoş gəlmisiniz!

Biz bu saytı sizlər - öz sağlamlığına biganə olmayan, yaxınları, əzizləri və uşaqlarının qayğısına qalan insanlar üçün yaratdıq.

Saytımız tamamilə müstəqil bir layihədir. Biz heç kimin maraqlarını təmsil etmirik. Əsas məqsədimiz – vətəndaşlarımıza müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatların çatdırılmasından ibarətdir.
Məqsədimiz hər bir insana, hətta tibbi təhsili olmayan insana belə müxtəlif xəstəliklər, diaqnostika və profilaktikası haqqda lazımlı və faydalı məlumatların çatdırılmasından ibarətdir. Saytın istifadəçiləri orqanların düzülüşü və onun işləmə qaydası, insan orqanizminin hər sistemi, orqanizmə nəyin zərər nəyin isə xeyirli olduğunu öyrənəcəklər.
Məlumatlar yalnız maarifləndirici xarakter daşıyır. Portal özündə bir neçə bölməni birləşdirir.

Xəbərlər bölməsində dövlət başçısı tərəfindən imzalanan sərəncamlar, dünyada və ölkəmizdə baş verən maraqlı siyasi, iqtisadi proseslər haqda operativ xəbər və şərhlər yer alır, bir sözlə bir çox maarifləndirici xəbərlər yer alır. Bu bölmənin yaradılmasında əsas məqsəd oxucunu maraqlandıran xəbərlərin bir yerə toplanması və asanlıqla tapılmasıdır.

Xəstəliklər bölməsinin məqsədi oxucularımızı müztəlif xəstəliklərlə və müalicəsi ilə bağlı məlumatlandırmaqdır.

Sağlam ailə bölməsində saytımızın ən sevilən və maraq göstərilən bölməsidir. Burada ailə, münasibət, qadın-kişi xəstəlikləri və onların təbii yolla müalicəsi haqqında geniş məlumat verilir.

Ana və uşaq bölməsində hamiləliklə, uşaq qidası, boyu, xəstəlikləri və tərbiyəsi ilə bağlı qiymətli məlumatlar verilir.

Gözəllik bölməsi xanımlarımızın ən çox ziyarət etdiyi bölmədir. Burada xeyirli maskalar, asan pəhrizlər, təbii gözəllik vannaları, prosedurları haqqında məlumat verilir. Buradakı məsləhətlərdən istifadə edərək, pul xərcləmədən gözəl bədən quruluşuna və dəriyə sahib ola bilərlər.

Digər bölməsi isə bütün yaş qrupunun diqqət mərkəzindədir. Bu bölmə, videomaterialları, bürcləri və maraqlı xəbərləri özündə birləşdirir. Bürclər haqqında heç yerdə tapa bilməyəcəyiniz ən maraqlı, tərcümə məlumatları əldə edə bilərsiniz.