Bizim.media ilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri izləyə və xəbərdar ola bilərsiniz.
2020-ci il 27 sentyabr tarixindən fəaliyyətə başlayan "Bizim.Media" internet resursunun yaradılma səbəbi, müstəqil informasiya siyasəti həyata keçirməkdən və Azərbaycan informasiya məkanına fərqli yanaşma gətirməkdən ibarətdir!
Müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları üçün də azad platforma olan saytımızda, kreativ tərzin və heç bir sosial qrupa qarşı ayrı-seçkilik etməyən obyektiv, müstəqil münasibətin şahidi olacaqsınız. Media qurumu olaraq xəbər istehsalında vətəndaş jurnalistikasının yaxından iştirakına şərait yaradır və müəllif hüquqlarına ciddi riayət olunduğunu bildiririk.
Redaksiyamızda fəaliyyət göstərən "qaynar-xətt" vasitəsilə vətəndaşların qarşılaşdığı hadisə və problemlərin operativ işıqlandırılmasına və həllinə bütün imkanlarımız ilə hazırıq!
Veb-saytın ana səhifəsi FULL HD ekranlara tam yayılacaq tərzdə dizayn edilmişdir. Həmçinin mobil qurğular üçün əlavə mobil dizayn da hazırlanmışdır.