Barter.az

Barter etmək, satmaq və ya almaq istədiyiniz nə varsa bu portalda asanlıqla edə bilərsiniz, Barter.az Azərbaycanın ən məşhur və stabil artan internet resurslarındandır.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Elan saytı
  • Təhvil verilmə vaxtı:
    May 2020
  • Mobil vəziyyət:
    Responsive
  • Vebsaytın dili
    Azərbaycan, rus

Barter etmək, satmaq və ya almaq istədiyiniz nə varsa bu portalda asanlıqla edə bilərsiniz, Barter.az Azərbaycanın ən məşhur və stabil artan internet resurslarındandır.

 

Veb-saytda müxtəlif bölmələr - nəqliyyat, daşınmaz əmlak, elektronika, şəxsi əşyalar və s. üzrə elanlar yerləşdirilmişdir. Ana səhifədə əsasən VIP və yeni elanlar görmək mümkündür.

Barter.az-da hər kəs elan yerləşdirə bilər, eləcə də istədiyi elanları seçilmişlər bölməsinə əlavə edə bilər. Axtarış sistemindəki filtrlər vasitəsilə axtardıqlarını da rahatlıqla tapa bilər.

Veb-saytda qeydiyyatdan keçməklə bir çox əlavə funksiyalardan yararlanmaq mümkündür. Belə ki, istifadəçi öz elanlarını və ya barter edəcəyi məhsulları rahatlıqla profilində görür. Eləcə də statistika imkanlarından yararlana bilər.

Bundan başqa istifadəçilər öz aralarında mesajlaşa da bilirlər. Hər hansı mağazanı və ya istifadəçini izləmək funksiyası da vardır. 

Nizamlamalarda isə ad, soyad, şifrə, profil şəkli və s. dəyişdirmək olar. Eləcə də biznes profilə (və ya mağaza) keçid etdikdə əlavə funksiyalar, hətta profildə cover şəkli yükləmək də mümkündür.

Elana daxil olduqda qalereya vasitəsilə şəkilləri rahat görmək, tam ekran böyütmək imkanı vardır. Eləcə də elana birbaşa barter təklifi göndərmək və ya elan yerləşdirənin telefon nömrəsini görmək də olar. 

Yerləşdirilən elanı pullu olaraq VIP və PREMIUM edərək irəli çəkmək də mümkündür.

Veb-sayt responsive olaraq bütün ölçülü ekranlara uyğun hazırlanmışdır və iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir.