LOUVEL Avstriyanın ən məşhur geyim və aksessuarları satışı edən mağazalarından biridir və çox keyfiyyətli məhsulları ilə həmişə ön plana çıxmışdır.
Veb-sayt birbaşa Avstriya üçün hazırlanmışdır. Minimalist görüntüyə üstünlük verilmişdir. Ana səhifədə böyük slayd ilk nəzərə çarpır. Daha sonra isə kişi və qadın geyimlərinə birbaşa rahat keçid verilmişdir.
Ana səhifədə həmçinin bölmələrə görə bəzi məhsullar təqdim olunur, eləcə də ən çox satılan, xüsusi seçimlər olan məhsulları da görmək olar.
Bölmələrə daxil olduqda xüsusi filterdən istifadə edərək rahatlıqla axtarış etmək mümkündür. Məhsulları rahatlıqla seçilmişlərə və ya səbətə əlavə etmək olar.
Qeydiyyatdan keçdikdən sonra isə hər hansı məhsulu bank kartı ilə sifariş etmək də mümkün olacaqdır. İstifadəçi öz profilində seçilmiş məhsulları, sifariş tarixçəsini, ünvan kitabçasını görə bilər, eləcə də profil nizamlamalarını dəyişdirə bilər.
Veb-sayt ingilis və alman dillərində fəaliyyət göstərir.