Axsam.az

Azərbaycanın mədəni və şou həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual maqazin xəbərləri axsam.az portalında izləyə bilərsiniz.
  • Vebsayta keçid:
  • Vebsaytın mövzusu:
    Magazin və xəbər saytı
  • Təhvil verilmə vaxtı:
    İyun 2021
  • Mobil vəziyyət:
    Əlavə mobil dizayn
  • Vebsaytın dili
    Azərbaycan

Azərbaycanın mədəni və şou həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual maqazin xəbərləri axsam.az portalında izləyə bilərsiniz.

 

Veb-saytda ana səhifədə ən başda seçilmiş xəbərlər göstərilir. Eləcə də ana səhifədə manşet xəbərləri və foto xəbərləri göstərən slaydlar xüsusi diqqəti cəlb edir. Sağ blokda isə müsahibə, sağlamlıq və s. kimi bölmələrin xəbərlərini slayd şəklində izləmək olar.

 

Eyni zamanda dünən, həftə və ya ay ərzində ən çox oxunan xəbərləri də görmək mümkündür. Orta blokda xəbər lenti, ondan solda isə digər seçilən xəbərlər gözə çarpır.

 

Xəbərə daxil olduqda onu rahat formada oxumaq, paylaşmaq, şriftini böyüdüb-kiçiltmək mümkündür. Eləcə də xəbəri oxuyub bitirdikdən sonra birbaşa son xəbərləri görmək olar. Bölmələrə daxil olduqda isə xəbərlər hər sətirdə 3 ədəd olmaqla dizayn edilmişdir.

Veb-saytın əlavə mobil versiyası hazırlanmışdır.